Logo

Ali məktəblərə qəbul olmaq hüququna hansı şəxslər malikdirlər?

09.03.2022 10:34 366 baxış
IMG

Ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, yüksək texniki peşə, orta ixtisas və ya ali təhsili başa vurması haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər.

Tehsil.biz xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi «Abituriyent» jurnalının 2-ci nömrəsində məlumat verilib.

Bildirilib ki, yüksək texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.

Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabina) və ya ödənişli əsaslarla hayata keçirilir. Dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

Xəbər lenti