Logo

Ali məktəblərə ərizə qəbulu bu tarixdə bitəcək: Abituriyentlərin NƏZƏRİNƏ

09.03.2022 10:42 367 baxış
IMG

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2022-ci il martın 4-dən 17-dək internet vasitəsilə aparılır.

Tehsil.biz xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi «Abituriyent» jurnalının 2-ci nömrəsində məlumat verilib.

Qeyd olunub ki, abituriyentlər Dövlət İmtahan Mərkəzinin (bundan sonra DİM) internet - saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər). III ixtisas qrupunu seçən abituriyentlər elektron ərizəni doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqruplarından birini, yaxud hər ikisini seçməlidirlər.

Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. 

Xəbər lenti