Logo

35 yaşınadək olan kişi cinsli abituriyentlərin elektron ərizələri necə təsdiq edilməlidir? - DİM-dən CAVAB

09.03.2022 11:11 531 baxış
IMG

1987-2004-cü il təvəllüdlü (31.07.2004-cü il tarixədək anadan olmuş) 35 yaşınadək olan kişi cinsli abituriyentlərin elektron ərizələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumat Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) elektron-məlumat bazasında əks olunmalıdır.

Tehsil.biz xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi «Abituriyent» jurnalının 2-ci nömrəsində məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlərin, 30.07.2004-cü il tarixdən sonra doğulmuş əvvəlki ilin məzunu olan abituriyentlərin və 35 yaşı tamam olmuş abituriyentlərin elektron ərizələri SHXÇDX-in elektron-məlumat bazasına sorğu verilmədən təsdiq edilir.

Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının SHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Xəbər lenti