Logo

İnformatika üzrə fənn olimpiadasının yarımfinal turunun nəticələri açıqlanıb

09.03.2022 12:21 358 baxış
IMG

Respublika fənn olimpiadasının informatika fənni üzrə keçirilən yarımfinal turunun nəticələri elan olunub.

Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 8-də Bakı şəhəri üzrə 2, bölgələr üzrə isə 3 mərkəzdə keçirilən yarımfinal tur aşağı yaş qrupu üzrə saat 10:00, yuxarı yaş qrupu üzrə isə saat 15:00-da başlayıb.

Nəticələrlə müvafiq linkə daxil olaraq tanış ola bilərsiniz:  https://bit.ly/3IZg7bl 

Qeyd edək ki, fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

Xəbər lenti