Logo

ASAPES və ComplexCore+ nümayəndələri ilə görüş keçirilib

09.03.2022 13:15 384 baxış
IMG

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) arasında bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində universitetin Təlim Simulyasiya Mərkəzində (TSM) görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə İ.M.Seçenov adına Birinci MDTU Bakı filialının və ASAPES-in nümayəndələri və Avstriyanın ComplexCore+ şirkətinin Baş icraçı direktoru Roman Yahoda, Baş əməliyyat və Baş maliyyə direktoru Tomas Taro Netzer xüsusi qonaq qismində iştirak ediblər. Görüş zamanı İ.M.Seçenov adına Birinci MDTU Bakı filialının TSM-də olan avadanlıqlara baxış keçirilib. 

ComplexCore+ şirkətinin ekspertləri tərəfindən İ.M.Seçenov adına Birinci MDTU Bakı filialının TSM-də olan avadanlıqların fiziki reabilitasiya təlimlərində praktiki məşğələlər üçün yararlı olmaları barədə müzakirələr aparılıb. Avadanlıqların tədris üçün tam yararlı olması müəyyənləşdirilmiş və lazımi məsləhətlər verilib.

Nəticədə tələbələrin mütəmadi olaraq İ.M.Seçenov adına Birinci MDTU Bakı filialının TSM-də praktiki məşğələlərə cəlb olunması barədə də müzakirələr aparılıb.

Xəbər lenti