Logo

“Technest” Təqaüd proqramının bir qrup istedadlı tələbəsi ilə görüş təşkil olunub

09.03.2022 13:51 476 baxış
IMG

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Agentliyində nazirliyin “Technest” Təqaüd proqramının bir qrup istedadlı tələbəsi ilə görüş təşkil olunub.

Tehsil.biz xəbər verir ki, 20-dən çox innovativ ideya və layihə təqdimatını keçirən tələbələr yenilikçi və sahibkar təfəkkürü ilə qonaqlar qarşısında uğurla çıxış ediblər.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tələbələrin təqdimatını yüksək qiymətləndirərək onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.

“Biz “Technest” Təqaüd proqramının dəstəyi ilə gələcək karyera yolunu seçmiş bu gənclərin uğurlarından məmnunluq duyuruq. Bu gün gənclərimiz təhsil, bilik və davamlı inkişafa aparan yolun başlanğıcındadırlar.

İnanıram ki, “Technest” milli brendə çevrilərək smart nəslin formalaşmasında önəmli rol oynayacaq. Proqramın builki nəticələri bizi çox ruhlandırır. İKT üzrə bir sıra kurslarda təhsil alan 50 tələbəmiz artıq müxtəlif müəssisələrdə işlə təmin olunub. Qısa müddətdə bu, olduqca yüksək nəticədir”, – deyə Rəşad Nəbiyev vurğulayıb.

Görüşdə bildirilib ki, “Technest” proqramının özəlliyi ondan ibarətdir ki, yuxarı sinif şagirdləri məktəbdə təhsil almaqla yanaşı, rəqəmsallaşan dünyanın tələb etdiyi yeni peşə sahələri üzrə də bilik və bacarıqlarını əhəmiyyətli şəkildə inkişaf etdirə bilirlər. Şagirdlər təkcə qabaqcıl İKT proqramlarının istifadəçiləri kimi deyil, həm də onların yaradıcıları kimi yetişdirilir. 

Maraqlı diskussiya şəraitində davam edən görüşdə tələbələrin “Technest” proqramı ilə bağlı rəy və təklifləri dinlənilib.

Xəbər lenti