Logo

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb

09.03.2022 13:59 403 baxış
IMG

2020/2021-ci tədris ilində Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 200 nəfər Azərbaycan vətəndaşı dünyanın 6 müxtəlif ölkəsində 41 ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci il hesabatında qeyd olunub.

Qeyd olunub ki, bu ölkələr sırasına Çin Xalq Respublikası, Macarıstan, Rumıniya, Rusiya Federasiyası, Latviya, Türkiyə daxildir. Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində dünyanın 101 ölkəsində 7.4 min nəfərə yaxın əcnəbi tələbə təhsil alır.

Tələbələr əsasən Türkiyə, İran, Gürcüstan Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan, Çin və digər ölkələri təmsil edir.

Əcnəbi tələbələrin sayında 10% artım olub.

Xəbər lenti