Logo

Bakı Dövlət Universiteti müsabiqə elan edir: Mükafat fondu 3 000 manatdır

09.03.2022 16:14 704 baxış
IMG

Bakı Dövlət Universiteti 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş BDU-nun tələbələri (bakalavr və magistrantlar) arasında “Ən yaxşı layihə” nominasiyası üzrə müsabiqə elan edir.

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə  27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş BDU-nun tələbələri (bakalavr və magistrantlar) arasında “Ən yaxşı layihə” nominasiyası üzrə müsabiqə keçiriləcək.

Mütəmadi olaraq keçirilməsi nəzərdə tutulan müsabiqənin məqsədi təhsil, elmi-tədqiqat və innovasiya fəaliyyəti kimi bacarıqlara malik istedadlı tələbələri seçmək,  onlarda innovativ sahibkarlıq fəaliyyətini həyata keçirə bilmək bacarıqlarını təşviq və inkişaf etdirmək, fərqlənən BDU tələbələrini mükafatlandırmaqdır.

Müsabiqə qaliblərinin mükafatlandırılması:

Müsabiqə üzrə qaliblər diplom və pul mükafatları ilə təltif ediləcəklər:

1-ci yer: Bir layihə – 1500 manat.

2-ci yer: Bir layihə – 1000 manat.

3-cü yer: Bir layihə – 500 manat.

BDU-nun tələbələri (bakalavr və magistrantlar) müsabiqədə fərdi və ya komanda (3 nəfərdən ibarət) şəklində iştirak edə bilərlər.

Diqqət! Təklif olunan layihə müsabiqənin aşağıdakı 5 kateqoriyasından ən azı birinə aid və layihənin elmi ideyası yeni olmalıdır.

Müsabiqənin kateqoriyaları:

  • Sosial yönümlü texnologiyalar və sosial innovasiyalar
  • Ağıllı şəhər, kənd və ev konsepsiyası
  • Alternativ enerji sistemləri
  • Su və enerji ehtiyatlarına qənaət sistemləri və “ağıllı həllər”
  • İtkisiz texnologiyalar və təkrar emal: yeni yanaşmalar

Qeyd edilən şərtlər daxilində hazırlanmış layihələr 2022-ci il 30 mart tarixinə qədər [email protected] elektron ünvanına göndərilməlidir.

Layihələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qalib layihələr üzrə ideyaların reallaşdırılması üçün şərait yaradılacaq.

Müsabiqədə iştirak etmək üçün müraciət, komandaların və layihələrin tərtib edilmə qaydaları:

Diqqət! Bütün Formalar 12 ölçülü Calibri şrifti ilə, 1 intervalla doldurulmalıdır

Xəbər lenti