Logo

Kolin Qibson magistrantlara “Rəqəmsal media bacarıqları” modulunu tədris etməyə başlayıb

10.03.2022 09:53 320 baxış
IMG

“İdman jurnalistikası” magistr proqramının müəllimi, High Park Communications şirkətinin təsisçisi və direktoru Kolin Qibson “Rəqəmsal media bacarıqları” modulunu tədris etmək məqsədilə Bakıya gəlib.

Tehsil.biz xəbər verir ki, o, “İdman jurnalistikası” magistr proqramının I tədris ilində təhsil alan tələbələrə Iiderlik bacarıqları, idman tədbirləri öncəsi planlama, idman vebsaytlarının düzgün reklamı, böyük həcmli hesabatların hazırlanması mövzularında dərslər keçir.

Tədrisin ilk günündə tələbələr Milli Olimpiya Komitəsinin Marketinq departamentinin rəhbəri Mehman Kərimovla görüşərək Pekin Qış Olimpiya Oyunları mövzusunda müsahibə alıblar. M.Kərimov tələbələrin suallarını cavablandırıb və görüşdən məmnun qaldığını bildirərək belə bir modulun tədrisini yüksək qiymətləndirib. 

Qeyd edək ki, “Rəqəmsal media bacarıqları” modulunu tədris edən Kolin Qibsonun canlı dərsləri martın 8-dən 10-dək davam edəcək.

Xəbər lenti