Logo

Vatsapda məhdudiyyətlər olacaq - FOTO

10.03.2022 10:52 489 baxış
IMG

Vatsap mesenceri mesajların yönləndirilməsinə məhdudiyyətlər tətbiq edir.

Tehsil.biz Trend-ə istinadən xəbər verir ki, adıçəkilən dəyişikliklər "Android" əməliyyat sistemli smartfonları əhatə edəcək.

Yeniləmədən sonra bir mesajı eyni anda bir neçə çata göndərmək olmayacaq. Bunu etmək üçün hər göndəriş üçün hərəkətləri təkrar yerinə yetirməli lazım olacaq.

Qeyd edək ki, WhatsApp dezinformasiyanı məhdudlaşdırmaq üçün iki il əvvəl mesaj yönləndirmə məhdudiyyətlərini tətbiq etmişdir.

Xəbər lenti