Logo

AzMİU-nun müəllimləri WORK4CE layihəsinin növbəti görüşündə iştirak ediblər

10.03.2022 12:02 397 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimləri İspaniyanın Bilbao şəhərində Avropa Birliyi tərəfindən maliyyələşdirilən WORK4CE layihəsinin  növbəti görüşündə iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, 7-11 mart tarixlərində keçirilən görüşlərdə universiteti İnformasiya texnologiyaları və sistemləri kafedrasının müəllimi Sərxan Talıbzadə, İqtisadi nəzəriyyə və marketinq kafedrasının müəllimləri İsa Muradov və Kənan Həsənov təmsil edir. 

Görüşdə iştirakçılar görülən işlər barədə məlumatlar verir, hazırda olan modullar üzrə pilot dərs demək metodları ilə bağlı təqdimatlar edir və təlimlərə qatılırlar.  

Qeyd edək ki, Avropa Birliyi tərəfindən maliyyələşdirilən WORK4CE- “XXI əsrdə sağlam və təhlükəsiz iş mühiti üçün domenlərarası kompitensiyalar” layihəsinə AzMİU 2020-ci ildən qoşulub və layihə 2023-cü ilə qədər davam edəcək. Layihənin tərəfdaşları Almaniya, Belçika, İspaniya, Ukrayna və Azərbaycandır.

Layihənin məqsədi mühazirəçilərin, sahə mütəxəssislərinin və peşə assosiasiyaları üzvlərinin uğurlu birgə istehsal yanaşmasının tətbiqi sayəsində rəqəmsal transormasiyanın idarə olunması üçün yeni iş ilə əlaqəli imkanları inkişaf etdirməkdir. Bu yanaşma tərəfdaş ölkələrdəki universitet və sənaye arasındakı boşluğun aradan qaldırılmasını nəzərdə tutur.tutur.

Xəbər lenti