Logo

Memarlıq və İnşaat Universiteti beynəlxalq layihə üzrə görüşdə təmsil olunub

10.03.2022 13:21 414 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimləri İspaniyanın Bilbao şəhərində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “WORK4CE - XXI əsrdə sağlam və təhlükəsiz iş mühiti üçün domenlərarası kompitensiyalar” layihəsi üzrə növbəti görüşdə iştirak ediblər.

Bu barədə AzMİU-dan bildirilib. Görüşdə universiteti İnformasiya texnologiyaları və sistemləri kafedrasının müəllimi Sərxan Talıbzadə, İqtisadi nəzəriyyə və marketinq kafedrasının müəllimləri İsa Muradov və Kənan Həsənov təmsil ediblər.

Görüş iştirakçıları həyata keçirilən işlər barədə məlumat verib, hazırda olan modullar üzrə pilot dərs demək metodları ilə bağlı təqdimatlar edib və təlimlərə qatılıblar.

Qeyd edək ki, AzMİU-nun 2020-ci ildən qoşulduğu bu layihə 2023-cü ilə qədər davam edəcək. Layihənin tərəfdaşları Almaniya, Belçika, İspaniya, Ukrayna və Azərbaycandır. Layihənin məqsədi mühazirəçilərin, sahə mütəxəssislərinin və peşə assosiasiyaları üzvlərinin uğurlu birgə istehsal yanaşmasının tətbiqi sayəsində rəqəmsal transformasiyanın idarə olunması üçün yeni işlə əlaqəli imkanları inkişaf etdirməkdir. Bu yanaşma tərəfdaş ölkələrdəki universitet və sənaye arasındakı boşluğun aradan qaldırılmasını nəzərdə tutur.

Xəbər lenti