Logo

Elmi seminarda molekulyar biologiya ilə bağlı ən yeni tədqiqatlar təqdim edilib

10.03.2022 14:09 332 baxış
IMG

Martın 10-da AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilib.

İnstitutdan bildirilib ki, seminarda Bioadaptasiya laboratoriyasının böyük elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Səmra Mirzəyevanın “Bitki-patogen fenomenoloji əlaqələri: patogenlərin təsirindən bitkidə fitoimmunitetin aktivləşməsi, davamlılığın formaları, antiviral reseptorlar” mövzusunda məruzəsi dinlənilib. Mövzu molekulyar biologiya və bitki fitopatologiyası ilə bağlı ən yeni tədqiqatları əhatə edib. Təqdimat zamanı sahib bitki-patogen qarşılıqlı əlaqələrinin fenomenologiyası, biotik faktorların, xüsusilə də patogenlərin təsirindən bitkilərdə avtoimmun sisteminin işə düşməsi, patogenin təsirindən aktivləşən siqnal transduksiya yolları, antiviral reseptorlar və onların iş prinsipləri, həmçinin davamlılığın mexanizmləri və bununla bağlı mövcud olan müxtəlif hipotezlər haqqında ətraflı məlumat verilib. Məruzə auditoriya tərəfindən böyük maraqla qarşılanıb.

Xəbər lenti