Logo

Xəzər Universitetinin əməkdaşları Avrasiya Ali Təhsil Sammitində iştirak ediblər

10.03.2022 16:03 524 baxış
IMG

Xəzər Universitetinin əməkdaşları Türkiyənin İstanbul şəhərində hibrid formatda təşkil olunmuş 7-ci Avrasiya Ali Təhsil Sammiti – EURIE 2022-də iştirak ediblər.

Universitetdən bildirilib ki, sərginin iştirakçısı qismində Xəzər Universitetini Beynəlxalq əlaqələr ofisinin koordinatoru Fatimə Vəliyeva və Keyfiyyətin Təminatı Mərkəzinin assistenti Kəmalə Mustafayeva təmsil ediblər.

EURIE Sammitində 39 ölkədən 160-dan çox məruzəçi iştirak edib. Tədbirin açılış mərasimi EURAS & EURIE prezidenti, professor Mustafa Aydının İstanbulda çıxışı ilə başlayıb. EURIE İstanbul Proqramının 2-ci gününün tədbirinə Mərmərə Universiteti ev sahibliyi edib. Proqramın yekunu Yeditepe Universiteti tərəfindən təşkil olunub.

Tədbir iştirakçıları müxtəlif növ kampus turlarında, dəyirmi masa müzakirələrində və onlayn sessiyalarda da iştirak ediblər.

Xəbər lenti