Logo

Avropa Azərbaycan Məktəbi növbəti tədris ili üçün şagird qəbulu elan edib

10.03.2022 17:26 1064 baxış
IMG

Avropa Azərbaycan Məktəbi erkən tədris mərkəzi, ibtidai və orta təhsil pillələri üzrə 2022-2023-ci tədris ili üçün şagird qəbulu elan edir.

Avropa Azərbaycan Məktəbi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tanınmış beynəlxalq özəl məktəbdir. Məktəb, həmçinin yüksək keyfiyyətli beynəlxalq təhsili təmin edən təşkilatın, Beynəlxalq Məktəblər Şurası (CIS) şəbəkəsinin üzvüdür.

Avropa Azərbaycan Məktəbində təhsilin üstünlükləri:

- Beynəlxalq Bakalavriat Proqramları PYP, MYP, DP (Erkən Təlim Mərkəzi, İbtidai və Orta Təhsil)
- Tədris dili ingilis dilidir
- Beynəlxalq IB müəllimləri peşəkar təlim keçmişdir
- Məktəbli geyimləri, yeməklər və dərsliklər ödənişə daxildir
- Təqribən 30 klub seçimi ödənişə daxildir. (Tennis, Üzgüçülük, Basketbol, Voleybol, Dram və s.)
- Ölkədə və xaricdə düşərgələrdə iştirak etmək, Erkən təlimdən Diplom proqramına qədər sinifdənkənar fəaliyyətlər
- Universitet məsləhətçisi şagirdlərə dünyanın nüfuzlu universitetlərindən təkliflər almağa kömək edir

Məktəbdə olimpiya standartlarına tam uyğun gələn idman zalı və üzgüçülük hovuzları, səmərəli istirahət üçün yay oyun və idman meydançaları, informasiya texnologiyaları laboratoriyaları və böyük konqres zalları, hər iki korpusda fəaliyyət göstərən yüksək keyfiyyətli və müxtəlif çeşidli yemək təklif edən yeməkxanalar var.
Bundan əlavə orta məktəbdə tam təchiz edilmiş və təhlükəsiz olan elmi laboratoriya mövcuddur. Məktəbdə həmçinin iki kampusu birləşdirən və şagirdləri nəqliyyatla təmin edən “Məktəb avtobusu” xidməti fəaliyyət göstərir.
Avropa Azərbaycan Məktəbi yüksək səviyyədə təhsil imkanları ilə təmin edilən iki müasir tədris binasında fəaliyyət göstərir.

Məktəblə əlaqə:

İbtidai təhsil binası:
Bakı şəhəri, Həsən Məcidov küçəsi, 7C
Orta təhsil binası:
Bakı şəhəri, Badamdar qəsəbəsi, A. Abbaszadə küçəsi, 1128
Telefon: (+99412) 499 89 39; (050) 290 77 52
Veb-saytı: www.eas.az

Xəbər lenti