Logo

Beyləqanda kənd məktəbi əsaslı təmir olunacaq

10.03.2022 17:55 670 baxış
IMG

Beyləqan rayonu Kəbirli kənd Məmmədyar Fərzəliyev adına 1 nömrəli tam orta məktəbin əsaslı təmiri və məktəb ərazisində 320 şagird yerlik əlavə korpusun tikintisi nəzərdə tutulub.

Tehsil.biz xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ilə dair hesabatında bildirilib.

Qeyd olunub ki, bununla bağlı Təhsil Nazirliyinin sifarişi əsasında layihə-smeta sənədləri hazırlanıb.

"2022-ci ildə Beyləqan rayonu Kəbirli kənd M.Fərzəliyev adına 1 nömrəli 504 şagird yerlik tam orta məktəbin əsaslı təmiri və 320 şagird yerlik əlavə korpusun tikintisi nəzərdə tutulub" - qeyd edilib.

Xəbər lenti