Logo

Turizm və Menecment Universitetində xaricdə təhsillə bağlı vebinar təşkil olunub

10.03.2022 18:41 412 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə Uppsala Universitetinin destinasiyaların dayanıqlı inkişafı ixtisası üzrə magistrantı Tural Omarovun təqdimatinda “İsveçdə təhsil” mövzusunda vebinar təşkil olunub.

Bu barədə "Tehsil.biz"  ə  ATMU-dan məlumat verilib.

İsveçdə təhsil istiqamətində ərizə qəbulu prosesi, təqaüd proqramları, o cümlədən Uppsala Universitetində təhsil imkanları, ixtisaslar və fakültələr barədə magistrant Tural Omarovun ətraflı çıxışı maraqla qarşılanıb.

Sual-cavab sessiyası ilə yekunlaşan vebinarda universitetin professor-müəllim və inzibati heyəti, həmçinin tələbələri iştirak ediblər.

Xəbər lenti