Logo

Mərkəzi Elmi Kitabxananın Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinə kitablar təqdim edilib

10.03.2022 18:49 586 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinə kitablar təqdim edilib olub.

Bu barədə "Tehsil.biz"ə MEK-dən məlumat verilib. Bildirilib ki, kitablar sırasında “Heydər Əliyev – İlham Əliyev: Azərbaycançılığın zəfər yolu” (Eynulla Mədətli), “İlham Əliyev siyasətində ictimai nəzarət fəlsəfəsi” (Rasim Məmmədov), “Zəfərə aparan yol” (Misir Mərdanov), “Heydər Əliyev və Naxçıvan Muxtar Respublikası. Sənədlər və materiallar toplusu” (Ədalət Qasımov), “Zəfərə aparan illər - 60”, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri”, “Şuşa Azərbaycanın mədəniyyət paytaxtı. Biblioqrafiya”, “Qarabağ Azərbaycandır! Zəfər epopeyası”, “Vətən və iman”, “Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək”, “İlham Əliyev və musiqi mədəniyyəti”, “İnkişaf – məqsədimizdir. İlham Əliyev“, “Vətən müharibəsi yerli və xarici mediada”, “Prezident İlham Əliyevin Azərbaycanın inkişaf strategiyası: fəlsəfi, sosioloji və siyasi təhlil” nəşrləri yer alır. Həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Qlobal iqtisadi çağırışlar: Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafın əsas istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktik konfransın, “Heydər Əliyev və Azərbaycan filologiyası”, “Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı”, “Heydər Əliyevin azərbaycançılıq ideologiyası filoloji fikir kontekstində” mövzularında respublika elmi konfranslarının materialları daxil olub.

Nəşrləri Bakı Dövlət, Bakı Biznes universitetləri, AMEA-nın Rəyasət Heyəti, Fəlsəfə və Sosiologiya İnstitutu, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu, “Azərnəşr” təqdim edib.

Xəbər lenti