Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi – Yuqranın büdcə təşkilatı Geologiya, Neft və Qaz Muzeyi və AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi arasında anlaşma memorandumu imzalanıb.
Bu barədə "Tehsil.biz"ə Milli Azərbaycan Tarixi Muzeyindən məlumat verilib. Bildirilib ki, onlayn görüşdə muzeyin baş direktoru akademik Nailə Vəlixanlı, icraçı direktoru dosent Fərhad Cabbarov, Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Emin Dadaşov, Geologiya, Neft və Qaz Muzeyinin rəhbəri və əməkdaşları iştirak ediblər.
Muzey əməkdaşları arasında əməkdaşlıq, birgə layihələr haqqında fikir mübadiləi aparılıb.
Görüşdə mədəni irsin qorunması, öyrənilməsi və təbliğinin, həmçinin elmi və mədəni əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.