Martın 10-da Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Elmi şurasının iclası keçirilib.
Bu barədə "Tehsil.biz"ə Fizika İnstitutundan məlumat verilib.
İclasda elmi müəssisənin baş direktoru akademik Arif Həşimov bildirib ki, institutun əməkdaşı Faiq Əhmədov Rusiya Federasiyasının Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun “2021-ci il üçün ən yaxşı elmi, elmi-metodik və elmi-texniki tətbiqli əsərlərə görə mükafatı”na layiq görülüb.
Sonra Elmi şura bir sıra elmi-təşkilati və kadr məsələlərini müzakirə edib, müvafiq qərarlar qəbul edib. İnstitutun elmi şöbə və laboratoriyaları qarşısında duran müxtəlif səpkili cari məsələlərin həlli istiqamətində müzakirələr və fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.