Logo

ASAPES-də "Peşəkarlığın rəsmi" kitabının təqdimat mərasimi keçirilib

10.03.2022 20:21 441 baxış
IMG

Martın 10-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) təşəbbüsü ilə jurnalist, PR menecer, uzun müddət müxtəlif dövlət qurumlarında mətbuat katibi kimi fəaliyyət göstərmiş Səmayə Məmmədovanın “Peşəkarlığın rəsmi” kitabının təqdimat mərasimi keçirilib.

Səmayə Məmmədova çıxış edərək, kitabın yazılma prosesindən söhbət açıb, jurnalistika və piar sahəsində 22 illik təcrübəsindən maraqlı məqamları tələbələrlə bölüşüb.

O qeyd edib ki, "Peşəkarlığın rəsmi" həm avtobioqrafik, həm də nəzəri kitab sayıla bilər: “Kitabda yaşadıqlarımı, gördüklərimi və öyrəndiklərimi qələmə almışam. İlk karyera addımlarımdan başlayaraq qüsurlarımı da göstərməkdən çəkinməmişəm”.

Tədbir təqdimat mərasiminin iştirakçıları ilə müəllif arasında qarşılıqlı diskussiya şəklində davam edib. 

Sonda imzalama mərasimi keçirilib və müəllif tələbələrə kitab hədiyyə edib.

Xəbər lenti