Logo

Magistrantlar dünya çempionatında Kolin Qibsonun rəhbərliyi ilə media təcrübəsi qazanıblar

11.03.2022 10:08 442 baxış
IMG

“İdman jurnalistikası” magistr proqramının müəllimi, High Park Communications şirkətinin təsisçisi və direktoru Kolin Qibsonun ASAPES-in “İdman jurnalistikası” magistr proqramının I tədris ilində təhsil alan tələbələr üçün “Rəqəmsal media bacarıqları” modulu üzrə tədrisi davam edir. 

Tələbələr martın 10-dan 13-dək keçiriləcək akrobatika üzrə 28-ci dünya çempionatının ilk günündə Kolin Qibsonla birgə akkreditasiya almış jurnalistlər qismində iştirak ediblər və çempionatdan “Rəqəmsal media bacarıqları” modulunun imtahanı üçün hesabat hazırlayacaqlar.

Kolin Qibson tələbələrlə birgə Azərbaycan MMA (qarışıq döyüş növləri) Federasiyasının əsas bazası olan Renzo Gracie Academy-də keçirilən məşq hazırlıq prosesini də ziyarət edib, yarışlara hazırlaşan idmançıları sorğu-sual edib, məşq proseslərinin gedişatı ilə tanış olublar.

Xəbər lenti