Logo

Tarix Muzeyinin əməkdaşı beynəlxalq konfransda bədii əsərlərdə ornamentlərin rolundan danışıb

11.03.2022 11:25 436 baxış
IMG

Özbəkistan Bədii Akademiyasının Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun təşkilatçılığı ilə “Özbəkistanın tətbiqi sənəti və sənətkarlığı: ənənələr və innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, dosent Nardanə Yusifova konfransda “Bədii əsərlərdə ornamentlərin rolu (MATM Təsviri materiallar fondunun materialları əsasında)” mövzusunda çıxış edib.

Mövzu ilə bağlı suallar cavablandırılıb.

Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.

Xəbər lenti