Logo

Peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin 12 faizi turizm üzrə ixtisasları seçiblər

11.03.2022 14:11 686 baxış
IMG

2021-2022-ci tədris ili üçün peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin 12 faizi turizm üzrə ixtisasları seçiblər.

Tehsil.biz xəbər verir ki, xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Turizm sahəsində dual təhsil” proqramına dair tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov deyib. O bildirib ki, tədris ilində peşə təhsili müəssisələrinə ümumilikdə 17 min tələbə qəbul olub. Bu tələbələrin 2 minə yaxını aşpaz, mehmanxana, inzibatçısı, hoteldə konsyerj və digər turizm istiqamətli ixtisaslara üstünlük veriblər.

Xəbər lenti