Martın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Azərbaycan-Fransız Universitetinin (UFAZ) IV kurs tələbələri ilə görüşüb.
Tehsil.biz xəbər verir ki, görüşdə UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov və Təhsil Şöbəsinin rəhbəri Lətifə Nəsibova iştirak edib.
Məzun olacaq tələbələrin imtahan nəticələri və ümumi imtahan statistikası haqqında danışan rektor, professor Mustafa Babanlı IV kursda təhsil alan tələbələrin dərslərinə xüsusi diqqət göstərməli olduqlarını bildirib. Həmçinin UFAZ-da magistratura təhsilinə olan marağı qeyd edən rektor, professor M.Babanlı magistratura pilləsində təhsilini davam etdirəcək tələbələrə universitet seçimində diqqətli olmağın vacibliyini deyib. Sonra rektor M.Babanlı buraxılış imtahanları ilə bağlı tələbələrə tövsiyələrini verib, onları diqqətli olmağa və biliklərini maksimum şəkildə göstərməyə çağırıb.