Logo

Emin Əmrullayev Ağdaşda regionun təhsil işçiləri ilə görüşüb - FOTO

11.03.2022 16:48 637 baxış
IMG

Martın 11-də təhsil naziri Emin Əmrullayev Ağdaş rayonuna səfəri çərçivəsində Mərkəzi Aran Regional Təhsil İdarəsinə daxil olan Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları üzrə təhsil işçiləri ilə görüşüb. 

Tehsil.biz xəbər verir ki, görüşdə sözügedən bölgələrin ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlər, həmçinin yerli təhsili idarəetmə qurumlarının rəhbərləri, məktəb direktorları iştirak ediblər.

Görüş zamanı regionda təhsil sahəsi üzrə mövcud problemlər və onların həlli ilə bağlı fikirlər səsləndirilib, təhsilin keyfiyyətinin artırılması istiqamətində atılan addımlar və görüləcək işlər müzakirə edilib. 

Görüşdə həmçinin təkliflər dinlənilib və suallar cavablandırılıb.

Xəbər lenti