Logo

Lənkəranda mədəniyyət ocaqlarına baxış və müəssisələrin rəhbərləri ilə görüş keçirilib - FOTO

11.03.2022 18:30 402 baxış
IMG

Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəssisələrində işinin effektivliyinin artırılması məqsədilə bölgələrə səfər planı hazırlanıb.

Tehsil.biz xəbər verir ki, plana uyğun olaraq mədəniyyət naziri Anar Kərimov martın 10-da Lənkəran şəhərinə səfər edib.

Nazir Anar Kərimov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Anar Kərimov icra başçısının müşayiəti ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinə baş çəkib, müəssisənin fəaliyyəti ilə tanış olub.

Anar Kərimov və Taleh Qaraşov vaxtilə Lənkəran Dövlət Rəsm Qalereyasının fəaliyyət göstərdiyi yerli əhəmiyyətli tarixi abidə – Dairəvi qalanı ziyarət ediblər. Bildirilib ki, dövlət büdcəsindən vəsait ayrılandan sonra burada təmir-bərpa işlərinə başlanılacaq.

Sonra Anar Kərimov Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirib. Daha sonra mədəniyyət naziri tank qoşunları generalı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun Lənkəran şəhərindəki ev-muzeyində olub.

Lənkəran şəhərinin mərkəz hissəsində yerləşən və XIX əsrdə inşa olunan tarixi-memarlıq abidəsi – Böyük bazar məscidinə baxış keçirən mədəniyyət naziri məscidin yaxınlığındakı yerli əhəmiyyətli tarix-memarlıq abidəsi Hacı Qurban hamamının (XIX əsr) da vəziyyəti ilə tanış olub.

Nazir Lənkəran şəhər Uşaq rəssamlıq məktəbində olub. Anar Kərimov tikilinin qorunması və bərpası, habelə binanın Mədəniyyət Nazirliyinin balansına keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Xəbər lenti