Logo

Baronessa Emma Nikolson Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib

11.03.2022 18:51 550 baxış
IMG

Martın 10-da Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib.

Tehsil.biz xəbər verir ki, Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva, muzeyin direktoru Çingiz Fərzəliyev, Britaniya Şurasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Francis Gardener-Trejo və xanım Baronessa Emma Nikolsonun iştirakı ilə görüş keçirilib.

Görüşdə Britaniya Şurası ilə nazirliyin uzun illərdir əməkdaşlıq etdiyi vurğulanaraq birgə həyata keçirilən tədbirlər, konfrans və təlimlər barədə xanım Nikolsona geniş məlumat verilib.

Muzeyin direktoru Çingiz Fərzəliyev Baronessa Emma Nikolson, Britaniya Şurasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Francis Gardener-Trejo və onları müşayiət edən nümayətdə heyətinə muzeyin zəngin və müxtəlif tarixi dövrləri özündə əks etdirən maddi mədəniyyət nümunələrinin sərgiləndiyi ekspozisiyası, həmçinin “Mədəniyyətimizin incisi-Qarabağ”, “Azərbaycan incəsənəti minilliklər boyu” və Siruz Mirzəzadənin “Qadın ətri” sərgiləri ilə tanış edib.

Baronessa Emma Nikolson Azərbaycan Milli İncəsənət Muzeyi ilə Londonda fəaliyyət göstərən muzeylərin birgə əməkdaşlığı üçün muzey mütəxəssislərini İngiltərəyə dəvət edib. 

Çingiz Fərzəliyev xanım Baronessa Emma Nikolsona Azərbaycan miniatür sənətini özündə əks etdirən nəfis tərtibatlı “Vərqa və Gülşa” kitabını hədiyyə edib.

Xəbər lenti