Logo

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

11.03.2022 20:30 498 baxış
IMG

Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların və I-X siniflərdə təhsil alan şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.

Təhsil Nazirliyindən bildirilib ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az  portalı vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi aktiv edilməyib. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddətin qaldığı nəzərə alınaraq martın 15-i saat 18:00-da şagirdlərin elektron yerdəyişməsi portalında (sy.edu.az) IX sinif şagirdlərinin yerdəyişməsi bağlanılacaq.

Xəbər lenti