Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
TKTA-dan bildirilib ki, müqaviləyə əsasən agentliyin peşəkar ekspertləri tərəfindən Naxçıvan Dövlət Universitetinin əməkdaşlarına keyfiyyət təminatına dair təlimin keçirilməsi nəzərdə tutulur.
Təlimlərin əsas məqsədi Naxçıvan Dövlət Universitetinin akademik və inzibati heyətinə “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar”, “Daxili səmərəli monitorinq sisteminin qurulması və qiymətləndirmə meyarlarının təyin olunması” mövzularına dair geniş məlumat verməkdir.
Xatırladaq ki, təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir.