Təhsil İnstitutu Quba rayonunda martın 22-26-da tələbələr üçün “Mühəndislik düşərgəsi” təşkil edəcək.
İnstitutdan bildirilib ki, düşərgədə müxtəlif beynəlxalq və yerli şirkətlərdə çalışan peşəkar mühəndislər öz təcrübələrini tələbələrlə bölüşəcək, müxtəlif komanda işləri aparacaq və tələbələrlə birlikdə mühəndislik keysləri əsasında praktik tapşırıqları həll edəcəklər.
Spikerlər tələbələrə layihələrin idarə olunması, kommersiyalaşma, mühəndisliklə bağlı qlobal trendlər, yeni texnologiyalar, dizayn təfəkkürü, səmərəli istehsalın təşkili və planlaşdırılması, proseslərin təhlükəsizliyi, mühəndislik əsaslı startaplar və digər istiqamətlərdə seminarlar keçəcəklər.
Düşərgədə tələbələrə dünyada mühəndislik sahəsində aparılan təcrübələr, mühəndislikdə idarəetmə, karyera inkişafı ilə bağlı səriştələrə yiyələnmək üçün imkanlar yaradılacaq.