Cəlilabadda bədbəxt hadisə baş verib.
Tehsil.biz “Report”a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhər 2 nömrəli məktəbin idman zalında qeydə alınıb.
İlkin məlumata görə, həmin məktəbin 2009-cu il təvəllüdlü şagirdi, Qasımov Əli Təyyar oğlu idman zalında hündürlükdən yıxılıb.
Ağır xəsarətlər alan şagird rayon xəstəxanasına çatdırılıb.
Hazırda şagird komadadır və süni tənəffüs aparatına qoşulub. Həmçinin Bakı şəhərindən xəstə üçün neyrocərrah dəvət edilib.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.