Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Tehsil.biz xəbər verir ki, paylaşımda deyilir:
“Azərbaycan Respublikasının Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar onun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Onunla keçirilən görüşlərimizi hər zaman xatırlayacağam. Allah rəhmət eləsin”.