Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda martın 16-da Tətbiqi riyaziyyat və Dalğa dinamikası şöbələrinin birgə elmi seminarı keçiriləcək.
Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, seminarda fizika-riyaziyyat elmləri doktoru Nazilə Rəsulovanın “H.Raxmatulinin çevik rabitələrə eninə zərbə nəzəriyyəsinin əsasları” mövzusunda məruzəsi dinləniləcək.
Məsələdə qeyd edilən nəzəriyyənin əsas hərəkət tənliklərinin sonlu yerdəyişmə qeyri-xətti reoloji asılılıq üçün çıxarılışı təqdim edilir və bəzi xüsusi məsələlər həll olunur.