Logo

BDU-nun müəllimi onlayn tədbirdə iştirak edib

21.12.2020 12:28 523 baxış
IMG

Bakı Dövlət Univesitetinin (BDU) Biologiya fakültəsinin dosenti Əbülfəz Tağıyev Rusiya Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Menzbir Ornitoloji Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən Müstəqil Dövlətlər Birliyindən olan alim-tədqiqatçıların iştirak etdiyi onlayn görüşdə iştirak edib.

 

Ə.Tağıyev onlayn görüşdə çıxış edərək Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi uğrunda gedən döyüşlərdə qazanılan şanlı Qələbə, erməni təcavüzündən azad edilmiş torpaqlarımızda faunamıza, xüsusilə ornitofaunaya vurulan ziyanları öyrənmək üçün tədqiqatların aparılması, monitorinqlərin keçirilməsi  və dəymiş ziyanların qiymətləndirilməsi üçün gələcəkdə birgə əməkdaşlıq haqqında məlumat verib.

 

Görüşdə birgə tədqiqatların aparılması ilə bağlı ilkin razılıq əldə edilib.

Xəbər lenti