Logo

Ukraynadan gələn tələbələrin aqibəti necə olacaq? - VİDEO

12.03.2022 18:41 686 baxış
IMG

Ukraynadan təxliyə edilən soydaşlarımız arasında çoxlu sayda azərbaycanlı tələbələr də var. Düzdür, bu tələbələrin təhlükəsizliyi təmin olunub, hazırda ölkəmizdədirlər. Ancaq indi onları narahat edən daha bir məqam da var.

Tehsil.biz Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət onların təhsillərini necə davam etdirəcəklərindən gedir. Çünki müharibənin nə qədər davam edəcəyi bəlli deyil.

Millət vəkili Aydın Mirzəzadə deyir ki, onların Azərabaycan Universitetlərində təhsillərini davam etdirmələri mümkündür. Millət vəkilinin fikrincə həmin tələbələr Azərbaycanın Ali təhsil müəssisələrinə müvəqqəti yerləşdirilə bilərlər.

Xəbər lenti