Logo

Gömrük Akademiyasında “İdman hüququnun əsasları” adlı seminar keçirilib

13.03.2022 10:40 638 baxış
IMG

Martın 11-də Dövlət Gömrük Komitəsinin Akademiyasında Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Hüquq klubunun təşkilatçılığı ilə “İdman hüququnun əsasları” adlı seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, akademiyanın əməkdaşlarının və Hüquqşünaslıq ixtisasının tələbələrinin iştirakı ilə keçirilən seminar Beynəlxalq İdman Hüquqşünasları Assosasiyasının, həmçinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Fərid Haqverdiyev tərəfindən təqdim edilib.

Seminarda idman hüququ sahəsinin aktuallığı, bu sahədə yaranan konfliktlərin həll olunması və bu sahəni strukturlaşdıran ən mühüm kazuslar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib. Həmçinin sözügedən səhə üzrə mövcud olan aktual problemlər və maraqlı məqamlar barəsində də geniş müzakirələr aparılıb.

Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti