Logo

Qazaxıstan Milli Kino Sənəti və Elmlər Akademiyası Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar başsağlığı verib

13.03.2022 12:06 780 baxış
IMG

Qazaxıstan Milli Kino Sənəti və Elmlər Akademiyası Xalq yazıçısı, rejissor və ssenarist Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar başsağlığı verib.

APA xəbər verir ki, bu barədə onlar sosial şəbəkədə paylaşım ediblər: "O, qazax kinosunun dostu idi və tez-tez ölkəmizə gəlirdi. Rüstəm İbrahimbəyov bizim kino məkanımızın dağılmasına imkan verməyən liderlərdən biri olub və Azərbaycan xalqının böyük oğlu olmaqla yanaşı, həm də Sovet kinosuna böyük töhfələr verib.

Dostumuzun, həmkarımızın və gözəl insanın xatirəsi bizimlə əbədi olaraq qalacaq", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün saat 13:00-da Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi keçiriləcək.

Xəbər lenti