Quba rayonunda martın 22-26-da tələbələr arasında təşkil edəcək “Mühəndislik düşərgəsi” üçün seçmə imtahanı keçirilib.
Təhsil İnstitutundan bildirilib ki, imtahanda ümumilikdə 605 tələbə iştirak edib. İmtahanın nəticələri martın 15-də tələbələrin qeydiyyatdan keçərkən istifadə etdikləri elektron poçt ünvanlarına göndəriləcək.
Qeyd edək ki, imtahanın təşkilində Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramının könüllüləri iştirak ediblər.