Logo

Sabah IX sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi dayandırılacaq

14.03.2022 10:49 848 baxış
IMG

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddətin qaldığı nəzərə alınaraq martın 15-i saat 18:00-da IX sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi dayandırılacaq.

Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların və I-X siniflərdə təhsil alan şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi aktiv edilməyib.

Xəbər lenti