Logo

Lütfi Zadə adına məntiq olimpiadasına qeydiyyat bu gün yekunlaşır

14.03.2022 11:41 499 baxış
IMG

Martın 14-də Lütfi Zadə adına məntiq olimpiadasında iştirak üçün elektron qeydiyyat prosesi başa çatacaq.

Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, proses bu gün saat 18:00-dək davam edəcək. 

Sözügedən bilik yarışında iştirak etmək istəyən şagirdlər https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməklə “Müsabiqə və Olimpiadalar” bölməsində  müvafiq elektron xidmətdən faydalana bilərlər. 

Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası V sinif şagirdləri arasında keçirilir. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə riyazi məntiqlə yanaşı  məntiqi təfəkkür, yaradıcılıq, diqqət, hafizə, analiz, müqayisə, planlama və təhlil kimi bacarıqlarının inkişafına müsbət təsir göstərməkdir. 

Xəbər lenti