Logo

UFAZ-da proqramlaşdırma üzrə keçirilən “Hackathon” yarışması başa çatıb

14.03.2022 11:48 461 baxış
IMG

5-6 mart 2022-ci il tarixində Azərbaycan-Fransız Universitetində tələbələr arasında təşkil olunan “#UFAZHackathon2022” yarışması baş tutub.

Tehsil.biz xəbər verir ki, ilkin mərhələdə 49 komanda qeydiyyatdan keçib və onlardan 28-i yarışda iştirak üçün seçilib. “Hackathon” kənd təsərrüfatı, texnologiya, ətraf mühit, maliyyə, səhiyyə və su təsərrüfatı sahələrinə aid tapşırıqların həllinə həsr olunub.

2 gün ərzində 3 nəfərdən ibarət komanda şəklində iştirakçılar müxtəlif şirkətlərdən dəvət olunmuş mentorların da köməyi ilə verilən mövzulara uyğun proqramlaşdırma tapşırıqlarını icra edib.  

Yarışın sonunda 24 komanda münsiflər heyəti qarşısında öz nəticələrini təqdim edib və onlar tərəfindən qiymətləndirilib. 

Qalib komandalar (Perihelion – 1-ci yer, Movement – 2-ci yer və Enigma – 3-cü yer) 1-ci yer 3500 AZN, 2-ci yer 2500 AZN və 3-cü yer 1500 AZN dəyərində pul mükafatı və bundan əlavə sponsorların xüsusi mükafatlarını qazanıblar. 

Qeyd edək ki, “UFAZHackathon2022” yarışması “PAŞA Bank”, Tabaterra, Kibrit Tech, Azintelecom, Azercosmos və Aqrar İnnovasiya Mərkəzinin dəstəyi ilə həyata keçirilib.

Xəbər lenti