Logo

ADNSU-da növbəti “Açıq mikrofon” keçirilib

14.03.2022 12:12 569 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti “Açıq mikrofon” keçirilib.

ADNSU-dan bildirilib ki, rektor, professor M.Babanlı 2021-2022-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrindən danışıb, tələbələrin keyfiyyət və kəmiyyət göstəriciləri, həmçinin imtahanlarda yüksək nəticə göstərmiş qruplar haqqında məlumat verib.

Təhsildə uğur qazanan tələbələr mükafatlandırılıblar.

ADNSU-da ənənəvi tədrisin bərpa olunması ilə təhsilin müasir standartlara daha da uyğunlaşdırılması və keyfiyyətin yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edən rektor informasiya texnologiyaları sahəsində, eləcə də xarici dillərin – ingilis, alman, fransız dillərinin universitetdə tədrisi ilə bağlı bir sıra yeni layihələrin həyata keçiriləcəyini deyib.

Universitetdə istehsalat təcrübəsinin təşkili və tələbələrin praktiki vərdişlərə yiyələnməsi istiqamətində aparılan və planlaşdırılan işlər haqqında məlumat verən M.Babanlı ADNSU-da yaradılacaq laboratoriyalar, o cümlədən bu sahədə tərəfdaş şirkətlərlə birgə görüləcək işlərdən danışıb.

M.Babanlı təkliflərini bildirib, həlli vacib olan məsələlərin icrası istiqamətində göstərişlər verib. Sonra rektor tələbələrin suallarını cavablandırıb.

Xəbər lenti