Gəncə Dövlət Tarix Diyarşünaslıq Muzeyindən yoxa çıxan kitab hələ də tapılmayıb.
Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən bildirilib.
"Araşdırmalar davam edir", - qurumdan qeyd olunub.
Xatırladaq ki, mədəniyyət naziri Anar Kərimov fevralın 3-də Gəncə şəhərində səfərdə olub. O, Gəncə Dövlət Tarix Diyarşünaslıq Muzeyinə də baş çəkib. Bu zaman məlum olub ki, muzey eksponatlarının qeydiyyat kitabı itib. Nazir buna görə muzey rəhbərliyinə iradını bildirib.