Logo

Hüquq və İnsan Haqları İnstitutu Azərbaycanda tibb hüququ sahəsində ilkə imza atıb

14.03.2022 12:58 775 baxış
IMG

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda bu müəssisənin dissertantları Vəfa Məmmədova və Fidan Rüstəmovanın 5603.01 “Beynəlxalq hüquq: insan hüquqları” və 2406.03 “Bioetika” ixtisasları üzrə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün açıq Müdafiə Şurası keçirilib.

Tehsil.biz xəbər verir ki, namizədlər Müdafiə Şurasına dissertasiya işləri barədə məlumat verib, beynəlxalq təcrübə və milli qanunvericilikdən istinadlar gətiriblər.

Qeyd edək ki, Azərbaycanda ilk olaraq Hüquq və İnsan Haqları İnstitutunda tibb hüququ sahəsində alimlərin yetişdirilməsinə başlanılıb. Eyni zamanda tibb hüququ sahəsində Azərbaycanda ilk Beynəlxalq Müdafiə Şurası Hüquq və İnsan Haqları İnstitutunda “Zoom” platforması üzərindən onlayn yayımlanıb.

Xəbər lenti