Logo

Peşə liseylərinin şagirdləri üçün imtahan keçirilib

14.03.2022 15:14 520 baxış
IMG

Dövlət İmtahan Mərkəzi ilk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli dildə olan bölmələrinin şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili) imtahanı keçirib.

DİM-dən "Tehsil.biz"ə verilən məlumata görə, imtahan Bakı şəhərində 1 binada aparılıb.

İmtahan saat 11:00-da başlayıb və 1 saat 30 dəqiqə davam edib. İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə onlara 30 tapşırıq təqdim olunur:

- Dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);

- Oxuyub-anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);

- Qapalı tipli 10 tapşırıq.

Qapalı tapşırıqların hər birinin doğru cavabı 1 balla qiymətləndirilir. Yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlar isə markerlər tərəfindən meyarlar əsasında 0, 1/3, 1/2, 2/3 və ya 1 balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. İmtahan balı hesablanarkən tapşırıqlara verilmiş balların cəmi 10-a vurulduqdan sonra 3-ə bölünür. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

İmtahan nəticələrinin 4 gün ərzində elan edilməsi nəzərdə tutulur. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin nisbi balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar.

Xəbər lenti