Logo

Mədəniyyət Nazirliyi: Aşıq Ələsgərin abidəsi ilə bağlı müsabiqənin vaxtı uzadılıb

14.03.2022 15:26 461 baxış
IMG

Aşıq Ələsgərin abidəsinin layihəsinin hazırlanması ilə bağlı müsabiqənin vaxtı martın 30-na qədər uzadılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edək ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 30-da Sərəncam imzalayıb. Bakı Şəhər İcra Hakimiyyətinə Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mədəniyyət Nazirliyi Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidənin eskiz-layihələrinin hazırlanması üçün heykəltəraşlar arasında açıq müsabiqə elan etmişdi.

Müsabiqənin 23 dekabr 2021-ci il – 15 mart 2022-ci il tarixlərində keçirilməsi planlaşdırılmışdı.

Xəbər lenti