Logo

84 yaşlı AYB sədri: "Allah ömür versə, 34 il də burdayam"

14.03.2022 15:48 702 baxış
IMG

Bu gün Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri 84 yaşı tamam olur. yaşı tamam olur.

Paralel.az Xalq yazıçısı ilə müsahibəni təqdim edir:

- Salam, Anar bəy, necəsiniz?

- Əleyküməssalam. Əlayam.

- Bir neçə gün əvvəl dostunuz Rüstəm İbrahimbəyovu itirdiniz...

- Yaxın dostumu itirmişəm. Səhhətim yaxşıdır, amma əlbəttə ki, dost itkisi adama təsir edir. Doğum günümü buna görə qeyd etməyəcəyəm. Rüstəm haqqına da yazı yazmışam.

- Bu yaşınızda özünüzə nə arzulayırsınız? Yazıçı Anar üçün ən böyük hədiyyə nə olardı?

- Haqqımda yalan yazmasınlar, böhtan atmasınlar.

- Bu vaxta qədər sizə verilən ən qiymətli hədiyyə nə olub?

-Vallah, mən hədiyyələrə heç bir qiymət vermirəm. Kim təbrik edirsə, sağ olsun.

- Uzun illərdir AYB-də sədr vəzifəsini icra edirsiniz. Zaman-zaman ünvanınıza buna görə tənqidlər səsləndirilir. Bu tənqidlərə necə yanaşırsınız, sədrlikdən getmək fikriniz varmı?

- 34 ildir AYB-də çalışıram. Allah ömür versə, 34 il də işləyəcəyəm. Hələlik getmək fikrim yoxdur.

- Bildiyiniz kimi, 20 günə yaxındır Rusiya-Ukrayna müharibəsi gedir (sualımı tamamlamağa icazə vermir)...

- Mənim əsas istəyim budur ki, müharibə olmasın. Çox sağ olun!

Xəbər lenti