Logo

BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində elmi seminar keçirilib

21.12.2020 13:20 727 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində onlayn elmi seminar keçirilib.

 

İnformatika kafedrasının müdiri, dosent Mübariz Xəlilov “Lay proseslərinin fluidlərinin faza vəziyyətini nəzərə almaqla modelləşdirilməsi”  mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, hər bir  neft və qaz layını yalnız bir dəfə istismar etmək mümkün olur və bu sistemlər üzərində çoxsaylı eksperimentlər aparmaq, işlənmə prosesində yol verilən səhvləri düzəltmək mümkün olmadığı sübut edilib. M.Xəlilov lay sistemlərinin işlənməsi prosesinin bütün mərhələlərində riyazi modelləşdirmə üsullarından, kompyuter texnologiyasından istifadə etmək zərurəti meydana gəldiyini, axınların riyazi modelləri mürəkkəb xüsusi törəməli diferensial tənliklərlə təsvir edildiyi qeyd edib. Əlavə edib ki, bu tənliklərin analitik üsullarla həllini qurmaq və onlarin əsasinda  flüid axinlarini tədqiq etmək mümkün olmur. Ona görə də flüid axinlarinin riyazi modellərinin kompyuter texnologiyasından istifadə etmək zərurəti meydana gəlir. Alınan kompüter proqramı flüid axınının kompyuter modeli adlandırılır.

 

Microsoft Teams platforması üzərindən təşkil olunan elmi seminar sualların cavablandırılması ilə başa çatıb.

Xəbər lenti