Logo

İmtahanlarda yaxşı nəticə göstərən tələbənin təqaüdü niyə dayandırıldı? – AÇIQLAMA/ VİDEO

14.03.2022 22:22 710 baxış
IMG

İmtahanlarda yaxşı nəticə göstərib təqaüd alsa da amma sonradan təqaüdü kəsilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında təhsil alan tələbə Səbahəddin Məmmədov iddia edir ki, imtahanlarda yaxşı nəticə göstərdiyindən bir müddət təqaüd alıb. Amma sonradan təqaüdü bilmədiyi səbəbdən dayandırılıb. 

Universitet ödənişli əsasla təhsil alsa da amma imtahanlarda yaxşı nəticə göstərdiyinə görə təqaüd alıb. Onun bu sevici isə uzun çəkməyib.

Ağcabədi rayonunda təhsil alan gənc təqaüdünün verilməməsindən şikayətçidir. Səbahəddin Məmmədov 2018-ci ildə Azərbaycan dövlət pedaqoji universitetinin Ağcabədi filialına daxil olub. İmtahanlarda yaxşı nəticə göstərdiyinə görə o da təqaüd proqramından yararlanıb.

Səbahəddin Məmmədov üzləşdiyi problemlə bağlı universitet və aiddiyyatı müəssisələrə müraciət etsə də, amma aldığı cavab onun işini daha da əngələ salıb.

Səbahəddin Məmmədov bildirib ki, aldığı təqaüdün məbləği 130 manat olub və o, bu pulla universitet xərclərini qarşılayıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən “XəzərXəbər”ə bildirdilər ki, bu, universitetin daxili işidir və tələbə problemini  təhsil müəssisəsi ilə həll etməlidir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı ilə də əlaqə saxladıq. Universitetdən bildirildi ki, təqaüd üçün keçən il onlara 64 yer ayrılıb. Amma bu il yer sayı 49-a endirilib. Həmin yerlər də qruplar üzrə bölünüb. Səbahəddin Məmmədovun təhsil aldığı qrup üzrə isə 2 yer ayrılıb. Ona görə də həmin tələbənin təqaüdü dayandırılıb. Çünki ondan yuxarı nəticəsi olan 2 tələbə var və onlar bu təqaüddən yararlanırlar.

Xəbər lenti